
Almaniya Bundesliqasında 2023/24 mövsümünün oyunlarının təqvimi açıqlanıb.
90plus.az qurumun saytına istinadən xəbər verir ki, Bundesliqada yeni mövsümə avqustun 18-də " Verder" - "Bavariya" matçı ilə start veriləcək.
İlk turun təqvimi aşağıdakı kimidir:
18 avqust
"Verder" - "Bavariya"
19-20 avqust
"Borussiya" (Dortmund) - "Köln"
"Union" - "Maynts"
"Bayer" - "Leyptsiq"
"Ayntraxt" - "Darmştadt"
"Volfsburq" - "Haydenhaym"
"Hoffenhaym" - "Frayburq"
"Auqsburq" - "Borussiya" (Münhenqladbax)
"Ştutqart - Bohum"
Dortmund "Borussiya"sı ilə "Bavariya" arasındakı oyunlar noyabrın əvvəlində (3-5 noyabr) və 2024-cü il martın sonunda (30-31 mart) keçiriləcək.
Bundesliqanın 61-ci mövsümü mayın 18-də başa çatacaq.