
Məşhur mütəxəssis Yoahim Löv Braziliya millisinin baş məşqçisi olmaq istəyir.
90plus.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. Hazırda işsiz olan çalışdırıcı Braziliya millisini çalışdırmağı arzulayır.
Braziliya yığmasının son baş məşqçisi Tite olub. O. DÇ-2022-nin 1/4 final mərhələsində mübarizədən kənarlaşdırıldıqdan sonra istefa verib. Komandanı müvəqqəti olaraq ölkənin U-20 millisinin baş məşqçisi vəzifəsində işləmiş Ramon Menezes çalışdırır.
Lövün son iş yeri isə Almaniya millisi olub. O, bu yığmanı 2006-2021-ci illərdə çalışdırıb. Komanda onunla DÇ-2014-ün qalibi olub.