top of page

Almaniyalı futbolçu "Sabah"ın tarixinə düşdü

Coy Lens Mikels “Sabah”ın tarixinə yubiley qolunun müəllifi kimi düşüb.


90plus.az xəbər verir ki, almaniyalı futbolçu Bakı klubunun Premyer Liqada 150-ci qoluna imza atıb.


Bu, “Neftçi” ilə Premyer Liqanın XIX tur matçına təsadüf edib. “Sabah”ın 2:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada Mikels penaltidən hesabı açıb.


Yüksək liqada 2018/19 mövsümündə debüt edən “Sabah” “150”yə 123-cü oyununda çatıb. Komandanın hesabında ümumilikdə 151 top var. Paytaxt təmsilçisinin orta məhsuldarlığı 1,23-ə bərabərdir. Bakılılar evdə 78, səfərdə 73 dəfə fərqləniblər.

Qeyd edək ki, “Sabah” Premyer Liqada ən azı 150 qol vuran 23-cü komandadır.



0 comments
bottom of page