Almaniyalı məşqçilər ardıcıl 3-cü dəfə ÇL qalibi olub


UEFA Çempionlar Liqasında ardıcıl üçüncü mövsüm almaniyalı baş məşqçinin komandası qalib olub. 90plus.az xəbər verir ki, Yurgen Klopp və Hans-Diter Flikin ardından Tomas Tuxel də Avropanın ən nüfuzlu klub turnirinin kubokuna yiyələnib. Klopp 2018/2019 mövsümündə İngiltərə "Liverpul"una, Flik 2019/2020 mövsümündə Almaniya "Bayern"inə, Tuxel isə bu mövsüm "Çelsi"yə bu titulu qazandırıb.

0 comments