
Türkiyənin “Beşiktaş” klubunda çıxış etmiş, hazırda məxsus olduğu “Everton”a qayıdan İngiltərə millisinin futbolçusu Dele Alli sabiq futbolçu Qeri Nevilin “YouTube” kanalına verdiyi müsahibədə yeniyetmə yaşlarında cinsi təcavüzə məruz qaldığını açıqlayıb.
“Altı yaşımda anamın dostu tərəfindən cinsi təcavüzə məruz qaldım. Sonra məni intizamlı etmək məqsədilə Afrikaya göndərdilər. Yeddi yaşımda siqaret çəkməyə, səkkiz yaşımda isə narkotik satmağa başladım”, - deyə 27 yaşlı futbolçu etiraflarında bildirib.
Daha sonra Alli bunları deyib: "Bir çox narkotikdən istifadə etdim, spirtli içki içdim. Əslində öncə rahat yatmağım üçün həkim məsləhəti ilə qəbul etdim, amma sonra günboyu istifadə edirdim. İstirahət günlərində səhər 11də istifadə etdiyimi xatırlayıram. Doğrulardan qaçmaq üçün bunu edirdim”.
Əslən Nigeriyadan olan ingilis futbolçu bütün bunlar haqqında danışarkən göz yaşlarını saxlaya bilməyib.
Dele Alli bildirib ki, onun bütün həyatı başqa bir ailə tərəfindən himayəyə götürüləndən sonra dəyişib:
“12 yaşımda məni övladlığa götürdülər, gözəl bir ailəyə düşdüm və həyatım dəyişdi”.