top of page

Alvares qələbəni sevimli personajının maskası ilə qeyd etdi

Argentina millisinin hücumçusu Xulian Alvares DÇ-2022-də qazandıqları çempionluğu maraqlı şəkildə bayram edib.


90plus.az xəbər verir ki, 22 yaşlı forvard məşhur cizgi filmi qəhrəmanı "Hörümçək adam"ın maskasını geyinib:


Qətərdə çıxdığı 6 oyunda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalan Alvaresin daha öncə "River Pleyt" forması ilə də qələbəyə sevinərkən pərəstişkarı olduğu "Hörümçək adam"ın maskasından taxdığını görmüşük.


Qeyd edək ki, DÇ-2022-nin finalında Argentina millisi Fransa ilə qarşılaşıb. Görüşün əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda tərəflər hərəyə 1 dəfə fərqləndiyi üçün oyunsonrası penaltilərə ehtiyac duyulub. Daha dəqiq olan cənubi amerikalılar (4:2) tarixinin 3-cü dünya çempionluğunu bayram edib.

0 comments
bottom of page