top of page

Amerika Kuboku: Bütün iştirakçılar məlumdur


Amerika Kuboku-2024-ün əsas final mərhələsindəki bütün iştirakçılar məlum olub.


90plus.az xəbər verir ki, ötən gecə Kosta-Rika - Honduras arasındakı matçda turnirin sonuncu iştirakçısı da bilinib. Kuboka vəsiqə uğrunda həlledici görüşdə Kosta-Rika yığması 3:1 hesabı ilə qalib gəlib.


Beləliklə, qruplar üzrə iştirakçılar bunlardır:


A qrupu: Argentina, Peru, Çili, Kanada


B qrupu: Meksika, Ekvador, Venesuela, Yamayka


C qrupu: ABŞ, Uruqvay, Panama, Boliviya


D qrupu: Braziliya, Kolumbiya, Paraqvay, Kosta-Rika.



Xatırlatma: Amerika Kuboku iyunun 20-dən iyulun 14-dək keçiriləcək. Qrup mərhələsi iyunun 20-dən iyulun 2-dək, ardınca iyulun 4-dən 6-dək 1/4 final, 9 və 10 iyulda yarımfinal, 13-də isə üçüncü yer uğrunda görüşlər keçiriləcək. Final oyunu iyulun 14-də Mayamidə keçiriləcək.


Amerika Kubokunun oyunlarına ABŞ-nin 14 şəhəri ev sahibliyi edəcək.

0 comments

Comments


bottom of page