Amerika Kubokunda yarımfinalçılar müəyyənləşib


Amerika Kubokunda bütün yarımfinalçılar müəyyənləşib.


90plus.az xəbər verir ki, yarımfinalda Braziliya Peru, Argentina Kolumbiya ilə üz-üzə gələcək. Oyunlar 6-7 iyulda keçiriləcək.


Qeyd edək ki, bu gecə keçirilmiş 1/4 final matçlarında Kolumbiya yığması Uruqvayı əsas və əlavə vaxtı qolsuz bitən matçda penaltilər seriyasında üstələyib - 4:2. Argentina Ekvadoru mübarizədən kənarlaşdırıb (3:0)


Daha əvvəl Braziliya Çilini 1:0, Peru isə Paraqvayı əsas vaxtı 3:3 hesabı ilə yekunlaşmış qarşılaşmada penaltilərlə yenib - 4:3.

0 comments