top of page

Amrabat: “Mançester Yunayted”in adını qorumaq üçün əlimdən gələni edəcəm”

“Mançester Yunayted”in yeni transferi Sofian Amrabat İngiltərə klubuna keçməkdən qürur duyduğunu bildirib.


90plus.az xəbər verir ki, futbolçu bu barədə sosisal şəbəkədə paylaşım edib. O, meydana çıxmaq üçün səbirsizləndiyini deyib:


“Bu nəhəng, zəngin tarixə malik kluba qoşulmaq mənim üçün böyük şərəf və qürurdur! Bu komandanı təmsil etmək xəyaldır və mən “Mançester Yunayted”in adını qorumaq üçün əlimdən gələni edəcəm. Meydançaya çıxmaq üçün səbirsizlənirəm. Səmimi qəbul üçün bütün azarkeşlərə təşəkkür edirəm. Gəlin, bu mövsümü unudulmaz edək!”


“Mançester Yunayted” 27 yaşlı mərakeşli futbolçunu “Fiorentina”dan bir mövsümlük icarəyə götürüb. Müqaviləyə əsasən, “qırmızı şeytanlar”ın Amrabatı satın almaq hüququ var.



0 comments
bottom of page