top of page

Ançelotti Ç/L oyunundan öncə: “Cəmi 2 dəfə uduzmuşuq”


Karlo Ançelotti Çempionlar Liqasının 1/8 finalında səfərdə “Leypsiq” ilə keçirəcəkləri oyundan əvvəl danışıb:


90plus.az "Sport"a istinadən xəbər verir ki, Ançelotti yüksək əhvalda danışıb:


"Çempionlar Liqası “Real Madrid” azarkeşləri üçün ən vacib turnirdir. Çünki klub burada çox böyük nailiyyətlər əldə edib. Bu mövsüm də uğur qazanmağa çalışacağıq. Pley-offa güclü rəqib olan “Leypsiq” ilə oyunla başlayırıq.


Məşqçi karyeramda ən yaxşı mövsümümü keçirib-keçirmədiyimi bilmirəm. Nəticələr planında ola bilər, cəmi 2 dəfə uduzmuşuq. Güclü, motivasiyası yüksək və daxili ab-havası əla olan komandamız var. İndi hər şey yaxşıdır. Futbolçuların ustalığı sayəsində əvvəlki səviyyəmizə qayıda bildik".


Qeyd: Leypsiq - Real Madrid görüşü bu gün saat 00:00-da başlayacaq!



0 comments
bottom of page