"Real"ın baş məşqçisi Karlo Ançelotti üçün La Liqanın 25-ci turunda "Espanyol"a qarşı matç (3:1) əlamətdar olub.
90plus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bu görüşlə italiyalı mütəxəssis La Liqada 100-cü qələbəsini qazanıb. Bunun üçün ona 139 oyun lazım olub. La Liqa tarixində yalnız Pep Qvardiola 100 qələbəni Ançelottidən tez qazanıb. Pep sabiq klubu "Barselona" ilə 132 matçda 100 qələbəyə çatıb.
Qeyd edək ki, Ançelotti kimi Miqel Munyosda "Real"la La Liqada 139 görüşdə 100 qələbə qazanıb.
