top of page

Ançelotti Arda Güler açıqlaması


”Real Madrid”in baş məşqçisi Karlo Ançelotti Arda Gülerin sabah meydanda olacağına dair işarə verib:


90plus.az xəbər verir ki, Ançelotti turkiyəli gəncdən ağızdolusu söz açıb:


“Yaxşı xəbərlərimiz var, çünki bir çox oyunçumuz komandaya qoşulur. Vinisius, Karvaxal, Arda qayıtdı və Kamavinqa tezliklə bizimlə olacaq. İlə yaxşı başlamaq üçün sabah yaxşı oyun göstərməyə çalışacağıq.


Önəmli olan Ardanın sağalmasıdır. O, yavaş-yavaş ən yaxşı səviyyəsinə çatır. O, çox gənc futbolçudur, gələcəyi parlaqdır. Arda Gülərin bizə çox köməyi olacaq. Biz tələsməməliyik. Onun bizimlə oynamaq üçün çox vaxtı olacaq. Sabah ona vaxt verməyə çalışacağam. “Əgər alınmasa, o, başqa matçda oynayacaq”.

0 comments
bottom of page