
"Real"ın baş məşqçisi Karlo Ançelotti klubdakı gələcəyi haqda danışıb.
90plus.az "Marca"ya istinadən xəbər verir ki, o, klublararası dünya çempionatını qazandıqdan sonra bununla bağlı deyib: "Məni qovulana qədər buradan ayrılmayacağam".
Qeyd edək ki, daha əvvəl 63 yaşlı mütəxəssisin Braziliya millisinin yeni baş məşqçisi olacağı ilə bağlı xəbərlər yayılmışdı. Lakin Braziliya Futbol Konfederasiyası bu məlumatı təkzib edib .