Ançelotti: “Benzema fərq yaratmağı bacaran oyunçudur”

“Real”ın baş məşqçisi Karlo Ançelotti komandanın hücumçusu Kərim Benzema haqda danışıb.

90plus.az xarici mətbuata istinadən xəbər verir ki, italyan mütəxəssis, fransalı futbolçunun dünyanın ən yaxşı hücumçularından olduğunu deyib:


“Hər oyunda çox yaxşı performans sərgiləyirik. Mövsümün ilk hissəsində “Espanyol”a, “Şerif”ə uduzduğumuz oyunlar oldu. Bu nəticələr də Luka Modriç və Toni Kroosun yoxluğuna görə oldu. Onlar geri qayıtdıqdan bəri çox yaxşı çıxış edirik.


Kərim Benzema dünyanın ən yaxşı hücumçularındandır. O, Kriştiano Ronaldo və Erlinq Haland kimidir. Benzema fərq yaratmağı bacaran oyunçudur”.


Ançelotti La Liqada və Çempionlar Liqasında çempionluq mübarizəsindən də danışıb:


“La Liqada favorit yoxdur. Söz verə biləcəyim tək şey Madrid komandasının sonuna qədər mübarizə aparacağıdır. Bu il Çempionlar Liqasında da favorit yoxdur”.

0 comments

Recent Posts

See All