
"Real"ın hücumçusu Kərim Benzema Çempionlar Liqasının 1/8 finalında "Liverpul"a qarşı oynamağa hazırdır.
90plus.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Karlo Ançelotti keçirdiyi mətbuat konfransında deyib.
Qeyd edək ki, fransalı forvard topuğundakı zədə səbəbindən martın 11-də La Liqada "Espanyol"la matçı buraxmışdı.
"Real" - "Liverpul" matçı martın 15-dən 16-na keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasında ilk oyun "Real"ın 5:2 hesablı qələbəsi ilə başa çatıb.