top of page

Ançelotti ilə Peres arasında gərginlik olub

İspaniyanın "Real Madrid" klubunun prezidenti Florentino Pereslə komandanın baş məşqçisi Karlo Ançelotti arasında gərginlik yaşanıb.


90plus.az "Relevo" nəşrinə istinadən xəbər verir ki, hadisə paytaxt təmsilçisinin "Betis"lə qolsuz heç-heçə etdiyi XXIV tur oyunundan sonra baş verib.


Peres 64 yaşlı mütəxəssisin əvvəlki turda Madrid "Atletiko"su ilə 1:1 hesablı bərabərə qaldığı matçdakı heyət seçiminə qəzəblənib. Klub rəhbəri Ançelottidən hansı səbəbə görə ən yaxşı "11-liy"i meydana buraxmadığını soruşub. Təcrübəli baş məşqçi sıx qrafikə görə rotasiya etməli olduğunu bildirib.


Qeyd edək ki, lider "Barselona"dan 9 xal az toplayan "Real Madrid" hazırda 53 xalla ikinci pillədə qərarlaşıb.

0 comments
bottom of page