Ançelotti köhnə oyunçusuna "elçi düşüb"!



"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti sabiq futbolçusu Dominik Kalvert-Luini komandasına gətirmək istəyir.

90plus.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssis "Everton"un hücumçusunu "Real"da arzulayır. "Kral klubu" 24 yaşlı forvard üçün İngiltərə təmsilçisinə 50 milyon avro ödəməli olacaq.


"Everton" pandemiyaya görə ötən mövsüm 240 milyon ziyana getməsindən sonra bəzi futbolçuları satacağı gözlənilir.

Qeyd edək ki, Dominik Kalvert-Luin 2020-21 mövsümündə Ançelottinin rəhbərliyi altında 21 qola imza atıb.

0 comments