“Real”ın baş məşqçisi Karlo Ançelotti La Liqada “Xetafe”yə uduzduqları oyundan sonra fikirlərini bildirib.
90plus.“El Chiringuito” nəşrinə istinadən xəbər verir ki, italyan mütəxəssis, 0:1 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Deyəsən, istirahətimiz bitməyib. Komandamı tanıya bilmədim və çox məyusam. Turnir cədvəlində mövqeyimiz yaxşıdır. Məğlubiyyətə baxmayaraq, nikbin olmalıyıq. Qarşıda oyunlar çoxdur”.
“Real” La Liqada liderdir.