Ançelotti: "Məşqçi ancaq komanda uduzanda yada düşür"


"Real"ın baş məşqçisi Karlo Ançelotti onun ünvanına səsləndirilən tənqidlər barədə danışıb. 90plus.az "Marca"ya istinadən xəbər verir ki, mütəxəssis bu sözləri deyib: “Mən gördüklərim haqqında danışıram və narahatedici heç nə görmürəm. Hər yerdə tənqidləri əslində komandada nə baş verdiyini bilməyən, keçdikləri sınaqlardan xəbəri olmayan insanlar deyir. Məşqçi yalnız komanda məğlub olanda yada düşür. Pis matçlar olur, amma onlar da oyunçulara görə olur. Bunu qəbul etməlisən, xüsusən də "Real"ı çalışdırırsansa. Bu, dünyanın ən yaxşı komandasıdır. Problem ondadır ki, hətta o qədər də böyük olmayan komandalar da səni tənqid edirlər”.

0 comments