Ançelotti Mbappe transferi haqqında danışdı!


"Real"ın baş məşqçisi Karlo Ançelotti "Çelsi"dən Antonio Rüdiger və PSJ-dən Kilian Mbappeni transfer edəcəkləri ilə bağlı yayılan iddialara münasibət bildirib.

90plus.az "Triball Football"a istinadən xəbər verir ki, o deyib:


"Çempionlar Liqasının finalından sonra bu haqda danışmaq üçün vaxt olacaq. Hazırda əsas olan mövsümü yaxşı başa vurmaqdır. Transfer işlərindən danışmaq düzgün deyil, bu barədə danışmaq istəmirəm. Hazırda La Liqada keçiriləcək "Levante" ilə görüş barədə fikir bildirmək düzgündür".

0 comments