top of page

Ançelotti: "O, çox yaxşı oyunçudur, xarakteri var, çox motivasiyalıdır"

“Real”ın baş məşqçisi Karlo Ançelotti “Atletik”ə qarşı oyunda (2:0) yarımmüdafiəçi Çud Bellingemin çıxışını dəyərləndirib.


Bu oyun 20 yaşlı ingilis futbolçunun Madrid klubunda debüt matçı olub. Bellingem bu oyunda qol vurub.


90plus.az xarici KİV-ə istinadən xəbər verir ki, Ançelotti onun bacarıqlı futbolçu olduğunu söyləyib:


“Bellingem çox yaxşı oyunçudur, xarakteri var, çox motivasiyalıdır. O, bacarıqlı futbolçudur “.


Bellingem 2023-cü ilin iyulunda “Borussiya”dan (Dortmund) “Real”a keçib.



0 comments
bottom of page