Ançelotti "Osasuna" ilə heç-heçəyə münasibət bildirib


"Real"ın baş məşqçisi Karlo Ançelotti La Liqanın 11-ci turunda "Osasuna" ilə qolsuz bərabərə qaldıqları oyunu şərh edib. 90plus.az "Marca"ya istinadən xəbər verir ki, o, matçla bağlı deyib: “Oyunun necə inkişaf etdiyini nəzərə alsaq, çox az vaxt əlavə edildi. Bunu niyə etdiklərini mənə izah etməyi xahiş etdim, amma izahatlar məni o qədər də inandırmadı. Qələbə qazana bilmədiyimiz son üç ev oyunundan ikisində qalib gəlməyə layiq idik. Bunlar komanda üçün çətin matçlardır. Çünki bu oyunda cərimə meydançasında kifayət qədər təzyiqimiz yox idi. Dürüst olmağımı istəyirsiniz? Məni dəli adlandıra bilərsiniz, amma "Real"ın xüsusilə ikinci hissədəki çıxışını bəyəndim. Futbolçular əllərindən gələni etdilər".

0 comments