top of page

Ançelotti: "Xavi və "Barselona"ya böyük hörmətim var, amma..."

"Real"ın baş məşqçisi Karlo Ancelotti gələcəkdə "Barselona"nı çalışdırmağı düşünmür.


90plus.az "Marca"ya istinadən xəbər verir ki, bu haqda mütəxəssis özü danışıb. O deyib: “Barselona”nı çalışdıracağımı təsəvvür etmək mümkün deyil. Xavi və "Barselona"ya böyük hörmətim var, amma heç kimlə yerimi dəyişmək fikrində deyiləm. Çünki mən dünyanın ən yaxşı klubundayam. Burada çox sevgi hiss edirəm və heç nəyi dəyişmək istəmirəm. Baxmayaraq ki, “Barselona”dan La Liqada geri qalırıq da, biz özümüzdən razıyıq. Rəqəmlər bizə qarşı olsa da, La Liqada mübarizəmizi davam etdirəcəyik”.


Qeyd edək ki, Madrid klubu İspaniya çempionatının cədvəlində "Barselona"dan 12 xal geri qalır. Kataloniya təmsilçisi 1-ci, "Real" isə 2-cidir.



0 comments
bottom of page