İspaniya "Real Madrid"inin baş məşqçisi Karlo Ançelottinin oğlu Davide Ançelotti İsveçrə "Bazel"inin sükanı arxasına keçə bilər.
90plus.az "Marca" nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı mütəxəssisin növbəti mövsümdən Superliqa təmsilçisinə rəhbərlik edəcəyi gözlənilir.
"Bazel" hazırda "kral klubu"nda atasının köməkçisi vəzifəsində çalışan gənc məşqçi ilə bağlı qərarını yaxın günlərdə açıqlayacaq.
Qeyd edək ki, Davide Ançelotti 2021-ci ildən "Real Madrid"də işləyir. O, daha əvvəl İngiltərənin "Everton", İtaliyanın "Napoli", Almaniyanın "Bavariya" və Fransanın PSJ klublarında analoji postu tutub.
