Ançelottinin yubiley qələbəsi!


Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda "İnter"lə matç "Real"ın baş məşqçisi Karlo Ançelotti üçün əlamətdar olub.


90plus.az xəbər verir ki, 62 yaşlı mütəxəssisin komandası rəqibinə 2:0 hesabı ilə qalib gəlib. Beləliklə, Ançelotti karyerasında Çempionlar Liqasındakı 100-cu qələbəsini qazanıb.

O, "Milan"la 42, "Real"la 24, "Çelsi" ilə 10, "Bavariya" ilə 7, PSJ ilə 6, "Napoli" ilə 5, "Parma" ilə 4, "Yuventus" ilə 2 dəfə qalib gəlib. Ançelotti bu göstəricidə yalnız 2 mütəxəssisdən geri qalır. Onlar Aleks Ferqyusson (115) və Arsen Vengerdir (103).

0 comments