top of page

Ançelottiyə millidən təklif gəldiyi təsdiqləndi

"Real"ın baş məşqçisi Karlo Ançelotti Braziliya Futbol Federasiyasından millini çalışdırmaq təklifi aldığını təsdiqləyib.


90plus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, italiyalı mütəxəssis deyib: "Reallıq budur ki, Braziliya millisi məni istəyir. Bu təklifi bəyənirəm, həyəcanvericidir. Amma hazırda "Real"a hörmət etməliyəm. Müqaviləmi yekunlaşdırmalıyam. Klub mənə qalmağa icazə verdiyi müddətcə burada qalacağam. Mən prezident Florentino Peresdən, azarkeşlərdən və oyunçulardan böyük sevgi hiss edirəm.


Üstəlik, ətrafımdakı ab-hava çox sakitdir... İndi iki kuboku qazanmağa çalışmaq üçün iki ay yarım vaxtımız var".


Qeyd edək ki, DÇ-2022-dən sonra Braziliya millisin baş məşqçisi Tite istefa verib.

0 comments
bottom of page