Ançelotti gedir, Qattuzo gəlir

"Napoli" baş məşqçisi Karlo Ançelotti ilə yolları ayırıb.

90plus.az-ın xəbərinə görə, bu barədə klubun rəsmi "Tvitter" səhifəsi məlumat yayıb. Komandanın ÇL-in son turunda "Genk"ə 4:0 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlməsinə baxmayaraq, klub rəhbərliyi A seriyasındakı uğursuzluq səbəbindən 60 yaşlı mütəxəssisi istefaya göndərib. İtaliya mətbuatı yeni baş məşqçi vəzifəsinə Cennaro Qattuzonun gətiriləcəyini yazıb. Qeyd edək ki, Ançelotti "Genk"lə oyundan sonra istefa verməyi düşünmədiyini açıqlamışdı. Əlavə edək ki, "Napoli" ölkə çempionatında 7-ci pillədə qərarlaşıb.

0 comments