top of page

"Anderlext" klubu "Qarabağ"ın futbolçusuna "elçi düşüb"


"Qarabağ"ın və Azərbaycan milli komandasının müdafiəçisi Elvin Cəfərquliyev karyerasını Belçikada davam etdirə bilər.

90plus.az xəbər verir ki, 22 yaşlı sol cinah müdafiəçisinin xidmətində "Anderlext" maraqlıdır. Bu barədə Belçika mətbuatı məlumat yayıb. "Anderlext"in gənc sol cinah müdafiəçisi üçün yayda Ağdam təmsilçisinə təklif göndərəcəyi bildirilir.

Qeyd edək ki, Elvin Cəfərquliyev 2019-cu ilin yayından "Qarabağ"da çıxış edir. O, cari mövsümdə komandanın heyətində meydana çıxdığı 36 rəsmi matçda 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

0 comments

Comments


bottom of page