Andrade üçün Seneqal, Kane üçün Qambiya

Futbol üzrə Afrika Millətlər Kubokunda 1/8 finalın cütləri müəyyənləşib.

90plus.az xəbər verir ki, pley-off mərhələsinin oyunlarına yanvarın 23-də start veriləcək.


“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andradenin formasını geyindiyi Kabo Verde yığması 1/8 finalda Seneqal millisi ilə üz-üzə gələcək. “Neftçi”nin yarımmüdafiəçisi Mamadu Kanenin komandası – Qvineya yığmasını isə Qambiya ilə mübarizə gözləyir.


Növbəti mərhələdə üz-üzə gələcək komandaları və oyun günlərini təqdim edirik:


Afrika Millətlər Kuboku 1/8 final

23 yanvar

Burkina Faso – Qabon Nigeriya – Tunis


24 yanvar

Qvineya – Qambiya Kamerun – Komor adaları


25 yanvar

Seneqal – Kabo Verde Mərakeş – Malavi

26 yanvar

Fil Dişi Sahili – Misir Mali – Ekvatorial Qvineya

0 comments