Andrea Pirlonu kim əvəzləyəcək?

Bu gün İtaliya A Seriyasında Çempionlar Liqasına iki vəsiqənin taleyinə aydınlıq gələcək.


90plus.az xəbər verir ki, gələn mövsüm qitənin ən nüfuzlu klub turnirində oynamaq şansını "Napoli", "Milan" və "Yuventus" kimi komandalardan biri itirəcək.


"Calciomercato" saytı ÇL-ə vəsiqə qazana bilməyəcəyi halda, "Yuventus"un baş məşqçisi Andrea Pirlonun qovulacağı barədə informasiya yayıb. Mənbə Pirlo göndəriləcəyi təqdirdə, onu "Atalanta"nın baş məşqçisi Can Pyero Qasperini və ya "Napoli"nin çalışdırıcısı Cennaro Qattuzo əvəzləyəcəyini vurğulayıb.

0 comments