İspaniyalı futbolçu Andres İnyesta Yaponiya “Vissel Kobe”sini tərk edib.
90plus.az xarici KİV-ə istinadən xəbər verir ki, onun klubla müqaviləsinin müddəti sona çatıb.
39 yaşlı futbolçu 2018-ci ilin yayından “Vissel Kobe”də çıxış edirdi. O, bu müddətdə 134 oyuna 26 qol vurub və 25 məhsuldar ötürmə edib.
Öncədən İnyestanın Yaponiya təmsilçisindən ayrıldığı haqda məlumat vermişdik.
