Andrey Şevçenko mükafatlandırılıb


Ukrayna millisinin sabiq baş məşqçisi Andrey Şevçenko ölkəsində mükafatlandırılıb. 90plus.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, o, 5-ci dərəcəli Yaroslav Mudrı ordeni alıb. 44 yaşlı mütəxəssis Ukrayna prezidenti Vladimir Zelensk tərəfindən dövlət mükafatı alıb. Orden dövlət quruculuğu, Ukraynanın beynəlxalq nüfuzunun gücləndirilməsi, iqtisadiyyatın, elmin, təhsilin, mədəniyyətin, incəsənətin, səhiyyənin inkişafı, görkəmli xeyriyyəçilik, humanist və ictimai fəaliyyətlərinə görə verilir. Qeyd edək ki, A.Şevçenko avqustun 1-də Ukrayna yığmasından ayrılıb.

0 comments