top of page

Andrey Lunyov: “Ayda 4-5 min avro xərcim var”


"Qarabağ"ın qapıçısı Andrey Lunyov Azərbaycandakı xərcləri barədə də danışıb.


90plus.az xəbər verir ki, rusiyalı qolkiper Almaniya ilə müqayisədə xərclərinin azaldığını deyib:


“Almaniya ilə müqayisədə Azərbaycanda xərclərim azalıb. Orada təkcə evin və maşının icarəsinə ayda 5000 avro xərcləyirdim. Azərbaycanda isə 1500 evə, 1000 maşına gedir. Uşaq baxçası üçün xərc çox xırdadır. Benzin də çox pul aparır. Bir ayda ümumən hardasa 4000-5000 avro xərcim çıxır”.


Qeyd: Andrey Lunyov "Qarabağ"a Almaniyanın "Bayer Levekuzen"dən transfer olunub.


Mənbə: sport24.ru

0 comments
bottom of page