Argentina millisinin üzvü Anhel di Mariya DÇ-2022-nin qalibi olması şərəfinə döymə etdirib.
90plus.az xəbər verir ki, sosial şəbəkələrdə 34 yaşlı yarımmüdafiəçinin döyməsinin fotoları yayılıb.
Di Mariya sağ ayağına mundialın kubokunu döydürüb.
Qeyd edək ki, Argentina millisi həlledici görüşdə Fransa yığmasına qalib gəlib (3:3, penaltilər seriyası - 4:2. Di Maria özü oyunun əsas vaxtında qollardan birinin müəllifi olub.