Fransanın “Anje” klubu baş məşqçi Abdel Buhazamanı istefaya göndərib.
90plus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Komandanın uğursuz çıxışlarına görə 54 yaşlı mütəxəssis vəzifəsindən göndərilib.
O, ötən ilin noyabr ayında baş məşqçi təyin edilmişdi. Buhazama komandanı 14 oyuna çıxarıb. Bu görüşlərdən 9-unda uduzan “Anje”, 1 qələbə qazanıb, 4 heç-heçə edib.
“Anje” hazırda Liqa 1-də 10 xalla 20 iştirakçı arasında sonuncudur.