Anri Avropa Superliqasından danışdı

"Arsenal"ın futbolçusu Tyeri Anri klubun Avropa Superliqasına qatılması haqda danışıb.

90plus.az xəbər verir ki, London təmsilçisi sonradan layihədən geri çəkilsə də, Anri klubun bu təşkilatın yaradıcılarından olduğuna görə məyusluq hissi keçirdiyini deyib:

"Çox insan kimi mən də məyus oldum. Nə baş verdiyinə inana bilmirdim. Klubumu tanımırammış kimi hiss etdim. Belə bir çempionata qoşulduqlarını başa düşə bilmirdim. Rəhbərlik klubu futbol komandası kimi yox, şirkət kimi idarə etdi. Nəticədə səhv etdiklərini gördülər. İndiyə qədər heç vaxt fikirlərimi bildirməmişəm. Amma bu yaxınlarda yaşananlar azarkeşlərə də təsir etdi. "Arsenal" bizim klubumuzdur. Mən bu komandanın azarkeşiyəm". Qeyd edək ki, Avropa Superliqasını aprelin 18-də “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”,“Çelsi”, “Real Madrid", “Barselona”, “Atletiko”, “Yuventus”, “Milan” və “İnter” klubları yaradıblar. Sonradan 10 klub turniri tərk edib. Avropa Superliqası isə fəaliyyətini dayandırıb

0 comments

Recent Posts

See All