top of page

“Anri bu vəzifəyə seçilməkdən çox məmnundur” – Deşam

Fransa millisinin çalışdırıcısı Didye Deşam Tyeri Anrinin ölkənin gənclərdən ibarət yığma komandasının baş məşqçisi vəzifəsinə təyinatından danışıb.


90plus.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, Deşam, Anrinin bu posta tam hazır olduğunu bildirib:


“Tyerri Anri bu vəzifəyə seçilməkdən çox məmnundur. O, çox motivasiyalı idi, onun üçün xoşbəxtəm. O, mənim hər zaman yaxşı münasibətdə olduğum, böyük hörmət etdiyim insanlardandır. Onun bu komandaya rəhbərlik etmək imkanı var idisə, niyə də olmasın?


Anri öz nəticələrinə görə qiymətləndiriləcək. O, futbolçu karyerasına əsaslanaraq etibarlılığa malikdir. Onun məşqçi kimi təcrübəsi var, tam hazırdır, mümkün olan hər şeyi edəcək”.

0 comments
bottom of page