Anri Neymarın psixi sağlamlığından narahatdır


Fransanın sabiq hücumçusu Tyerri Anri PSJ-nin hücumçusu Neymarın psixi sağlamlığı ilə bağlı narahatlığı olduğunu deyib.

90plus.az xəbər verir ki, o, "L'Equipe"yə açıqlamasında bildirib: "Son müsahibələrində Neymar tez-tez sağlamlığından, təzyiqindən danışırdı. Həmin an düşündüm. "O, yaxşıdırmı?" Neymarın gözlərində qığılcım yoxdur, futboldan həzz almır. O danışır, amma siz onu eşidirsinizmi? Neymar kömək istəyir. Beynində bir şey baş verir". Qeyd edək ki, Neymar 2017-ci ildən Paris təmsilçisində oynayır.



0 comments