Anri onu "Barselona"dan aldı


“Barselona” futbolçusu Ballou Tablanı karyerasını ABŞ-da davam etdirəcək.

90plus.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi “Monreal İmpakt”a transfer olunub. Bu barədə rəsmi saytı məlumat yayıb. Tabla ilə 2+2 şərti ilə müqavilə imzalanıb.

Qeyd edək ki, Kanada millisinin üzvü olan yarımmüdafiəçi mövsümün ilk dövrəsini icarə əsasında “Monreal İmpakt”da keçirmişdi. MLS təmsilçisi “Monreal İmpakt”ın baş məşqçisi Tyerri Anridir.

0 comments