Anrinin yeni iş yeri bəlli oldu!



"90plus" xəbər verir ki, bu barədə milli komandanın mətbuat xidməti məlumat yayıb. O, baş məşqçi Roberto Martinezin köməkçisi olacaq. Əfsanəvi fransız futbolçu 2016-2018-ci illərdə də Belçika millisində məşqçi kimi çalışıb. 2018-ci ilin oktyabrında “Monako”ya baş məşqçi təyin edilən 43 yaşlı mütəxəssis 2019-cu ilin yayında istefa verib. 2019-cu ilin noyabrında Kanadanın “Monreal İmpakt” klubunun baş məşqçisi olan Anri bu ilin fevralında ailə vəziyyətinə görə istefa verib.

0 comments