Ansu Fati Avro-2020-ni buraxacaq

"Barselona"nın futbolçusu Ansu Fati gizli şəkildə dizindən 3-cü dəfə əməliyyat olunub.

90plus.az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb. İspan oyunçunun bu mövsümün qalan hissəsini və Avro-2020-ni buraxacağı bildirilib. Nəşr yazıb ki, 18 yaşlı oyunçu zədədən tam qurtulmasa, 4-cü dəfə əməliyyat olunacaq.

Fatinin iyul ayında məşqlərə qayıtması gözlənilir.

0 comments