Ansu Fati yaxın zamanda meydana qayıdacaq


"Barselona"nın futbolçusu Ansu Fati yaşıl meydanlara qayıtmağa yaxındır. 90plus.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb. 18 yaşlı yarımmüdafiəçi bu gün komanda ilə məşqlərə qatılıb. Onun sentyabr ayında "Sevilya" ilə matçadək hazır olacağı bildirilib. Qeyd edək ki, Fati ötən ilin noyabr ayında La Liqanın 9-cu turunda "Betis"lə oyunda sıradan çıxmışdı.

0 comments