top of page

“Antalyaspor”un prezidenti istefa verdi

"Antalyaspor"un prezidenti Aziz Çetin klubdan ayrılıb.


90plus.az "NTV Spor"a istinadən xəbər verir ki, bu barədə o, öz açıqlamasında bildirib. O deyib:


"Bu bir estafet yarışıdır. Düşünürəm ki, dəyişiklik vaxtı çatıb. Həm "Antalyaspor" klubunun, həm də Antalyaspor Assosiasiyasının prezidenti idim. Ancaq mən gördüm ki, bəzi layihələri həyata keçirmək üçün assosasiyaya daha çox vaxt ayırmalıyam. Ona görə də klub prezidentliyindən istefa verirəm. Bu şərtlər daxilində assosiasiyadakı vəzifəmi daha yaxşı yerinə yetirəcəyəm. Klub prezidenti vəzifəsinə gələcək şəxs yad deyil, aramızdan bir dostumuz olacaq”.


Türkiyə mətbuatındakı məlumatlara görə, klubun yeni rəhbəri prezidentin müşaviri Sabri Gülel olub.


Qeyd edək ki, “Antalyaspor” hazırda 28 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşır.

0 comments
bottom of page