top of page

Antonio Konte: “Döyüşməyə hazır olacağam”

İtaliyalı mütəxəssis Antonio Konte iddialı açıqlaması ilə gündəmə gəlib.


90plus.az xəbər verir ki, son klubu "Tottenhem" olan və 2022/23 mövsümünün ortalarında London təmsilçisindən ayrılan mütəxəssis bu sözləri deyib:


“Tottenhem"dən sonra ailəmə vaxt ayıracağıma söz vermişdim. Ammamən  işə qayıdanda bütün digər məşqçilər üçün çox çətin olacaq. Çünki mən döyüşməyə hazır olacağam. Mən bu yaxınlarda əhəmiyyətli uğur qazanmış komandaya rəhbərlik etmək istərdim”.


Xatırladaq ki, Konte məşqçilik karyerasında "Siena", "Arezzo", "Bari", "Atalanta", "Yuventus", "Çelsi", "İnter" və İtaliya millisində çalışıb.



0 comments
bottom of page