
“Mançester Yunayted” “Atletiko”nun üzvü Antuan Qrizmannı transfer etmək niyyətindədir.
90plus.az "Fichajes"ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” fransalı üçün 60 milyon avro ödəməyə hazırdır.İngilislər artıq “Atletiko” ilə danışıqlara start verib. 31 yaşlı futbolçu “Real Sosyedad”, “Atletiko” və “Barselona”da oynayıb.