Anxel Di Mariya 3 həftəlik sıradan çıxıb!


PSJ-nin yarımmüdafiəçisi Anxel Di Mariya Çempionlar Liqasının 1/8 final mərhələsinin “Real”la cavab oyununda (1:3) zədələnib.

90plus.az “L’Equipe” nəşrinə istinadən xəbər verir ki, argentinalı futbolçu sağ budundan zədə alıb.


Onun üç həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilib.

Qeyd edək ki, Di Mariya matçın 8-ci dəqiqəsində Pereyra Danilonun əvəzinə meydana daxil olmuşdu.

0 comments