Anyelli: "Artıq 15-24 yaş arasındakı kişilərin 40%-i futbolla maraqlanmır"


90plus.az xəbər verir ki, "Juventus"un prezidenti, Superliqanın vitse-prezidenti Andrea Anyelli yeni turnirin yaranma səbəblərindən danışıb.


Dünən İngiltərə klublarının Superliqadan ayrıldıqdan sonra turnirin mətbuat xidməti layihənin dayandırılması ilə bağlı açıqlama verib. Anyelli bu hadisələrdən əvvəl Corriere dello Sport-a müsahibə verdi.


“Bu layihə qanunidir, Avropa Birliyi ərazisində bizə verilən azadlıqdan istifadə edirik. Futbol yeni nəsillərə təsir edən böyük bir böhrandan keçir. Artıq bir ildir ki, stadionların azarkeşlər üçün qapalı olması da təsir göstərir.


15-24 yaş arasındakı kişilərin 40%-i futbolla maraqlanmır. Dünya azarkeşlərinin üçdə biri ən azı iki klubu izləyir və bunlar Superliqada qurucu klublardır"

0 comments