top of page

Ançelotti: “Bayern” ən yaxşı oyununu oynadı, amma biz yox"


"Real"ın baş məşqçisi Karlo Ançelotti "Bayern Münhen"lə (2:2) matçdan sonra açıqlama verib.


90plus.az xəbər verir ki, Ançelotti ən yaxşı oyunlarını keçirmədiklərini ifadə edib:


"Məncə yaxşı nəticə əldə etdik. “Bayern” ən yaxşı oyununu oynadı, amma biz yox".


Toni Kroosu tərifləyən mütəxəssis bu sözlərlə davam edib:

"Toni Kroos... Onun haqqında deyiləcək söz yoxdur. O, çox yaxşı oyunçudur. O, bizim üçün çox önəmlidir, vaxtında hərəkət etməsi, ötürmələri…Onun ötürmələri hər kəsin edə biləcəyi ötürmələr deyil. Amma Vini də ağıllı hərəkət etdi, o da bu axşam mükəmməl idi."


Cud Bellinqemin oyunu Ançelottinin ürəyincə olmayıb:

“O, bu gün yüksək səviyyədə deyildi, lakin 60-cı dəqiqədən sonra bütün komanda üçün yaxşı deyildi”.


Qeyd: Real Madrid - Bayern Münhen cavab matçı mayın 8-də olacaq. Qalib finala keçəcək!


Mənbə: Real Madrid News


0 comments
bottom of page