top of page

Ançelotti: “Gənc futbolçulara vaxt vermək üçün yox, qələbə üçün gəlmişəm”


Real Madrid”in baş məşqçisi Karlo Ançelotti “Arda Güleri “Kadis”lə matçda oyundan tez çıxartması barədə danışıb.


90plus.az xəbər verir ki, Ançelotti jurnalistin “Arda Güleri “Kadis” matçında niyə oyundan erkən aldınız?” sualına belə cavab verib:


“Niyə Arda 90 dəqiqə oynamadı? Oyuna yeni nəfəs qatmaq istədim. Arda da yorulmuşdu və bacardığını etdi. O, hələ çox gəncdir və keçid dövrünü yavaş-yavaş tamamlayacaq. “Real Madrid”ə gənc futbolçulara vaxt vermək üçün yox, oyunlarda qalib gəlmək üçün gəlmişəm”.


Qeyd: Arda “Kadis”lə (3-0) qarşılaşmaya ilk 11-də başlayıb və 66 dəqiqə meydanda qalıb!

0 comments
bottom of page