top of page

Ançelotti: “Heç vaxt şikayət etmədik. İndi olduğumuz yerə baxın"


"Real Madrid”in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının yarımfinalında "Bayern Münhen"ə 2:1 hesabı ilə qalib gəlib finala yüksəldikləri oyundan sonra mətbuat konfransında fikirlərini söyləyib.


90plus.az xəbər verir ki, Ançelotti qələbəni sehr adlandırıb:


“Bu, sehrdir. Tez-tez başımıza gəlirdi və yenə oldu. Yaxşı oynadıq. Biz təslim olmadıq. Futbolçular bu mövsüm heyrətamiz idi. Heç kim onların finala yüksələcəyini gözləmirdi. Oyunçularıma təşəkkür edirəm. Kapitanımız Florentino Peresdir. O, fantastik prezidentdir. O, buna nail oldu. Çətin anımızda başımızı aşağı salmadıq. Azarkeşlər bizə çox kömək etdilər. Onlar əla idi və oyunçuları ruhlandırdılar. Heç vaxt şikayət etmədik, heç vaxt. İndi bizim olduğumuz yerə baxın".


Son 10 ildə “Real Madrid”in ÇL-dən kənarlaşdırdığı komandalar. FOTO

Qeyd: “Borussiya Dortmund - Real Madrid” final oyunu iyunun 1-də İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda keçiriləcək.

0 comments
bottom of page